Qazaxıstanda Milli Qvardiyanın baş komandanının müavini saxlanılıb.
hakimiyyet.az xəbər verir ki, bu barədə zakon.kz məlumat yayıb.
Qeyd olunur ki, baş komandanın texnika və silahlanma üzrə müavini general-mayor Konstantin Voronkin 2023-cü ildə rüşvət aldığı üçün saxlanılıb.
Qazaxıstan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumatı təsdiqləyib.
"DİN Milli Qvardiyanın baş komandanının müavininin qanunsuz əməl törətməkdə şübhəli bilinərək saxlanılmasını təsdiqləyir. Nazirlik öz sıralarında korrupsiyanın hər hansı təzahürlərinə dözümsüzlüklə bağlı prinsipial mövqeyini ifadə edir, bununla bağlı mövcud qanunvericilik çərçivəsində obyektiv və hərtərəfli araşdırma aparılır", - məlumatda bildirilir.