Zelenski xarici işlər naziri postuna öz namizədini təklif edib

Ukrayna Prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Dmitri Kulebanın yerinə onun birinci müavini, əvvəllər prezident aparatında işləmiş Andrey Sibiqanın təyin edilməsini təklif edib.

hakimiyyet.az xəbər verir ki, bu barədə Ali Radada prezidentyönlü "Xalqın qulluqçusu" partiyasının fraksiyasının rəhbəri David Araxamiya özünün "Telegram" kanalında məlumat verib.

O, dövlət başçısının fraksiya iclasına gəldiyini təsdiqləyib.

Qeyd edək ki, Ali Radanın bir neçə nazirin istefası ilə bağlı səsverməsi səs çatışmazlığı səbəbindən baş tutmamışdı. Buna görə də, Kulebanın istefası məsələsinə baxılmayıb və iclas başa çatıb.

5.2551741600037