"Starliner" kosmik gəmisi ekipajsız Yerə qayıdıb

"Boeing"in "Starliner" kosmik gəmisi Beynəlxalq Kosmik Stansiyadan (BKS) çıxdıqdan sonra uğurlu eniş edib və ekipajsız Yerə qayıdıb. Yayım ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) saytında aparılıb.

hakimiyyet.az bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, eniş ABŞ-nin şərq sahili vaxtı ilə saat 00:01-də (Bakı vaxtı ilə 08:01) baş tutub. Atmosferə girdikdən sonra cihaz üç paraşüt buraxaraq Nyu-Meksikodakı "White Sands" poliqonuna enib.

Kosmik gəminin BKS-dən Yerə səyahəti təxminən altı saat çəkib.

Qeyd edək ki, "Starliner" gəmisi "Boeing" şirkəti tərəfindən iyunun 5-də buraxılıb. Gəminin göyərtəsində astronavtlar Butm Uilmor və Sunita Uilyams olublar. Əvvəlcə onların iyunun 18-dək orbitdə qalacağı planlaşdırılırdı. Daha sonra gəminin mühərrikinin sıradan çıxması ilə bağlı nasazlığı səbəbindən geri qayıtma tarixləri əvvəlcə iyunun 26-na, sonra isə qeyri-müəyyən müddətə dəyişdirilib. Nəticədə NASA astronavtların 2025-ci ilin fevralında "SpaceX"in "Crew-9" missiyasının bir hissəsi olaraq Yerə qayıtmağına qərar verib.

0.10792517662048