Boliviyada fövqəladə vəziyyət elan edildi

Boliviyanın müdafiə naziri Edmundo Novillo ölkədə fövqəladə vəziyyət elan edib.

hakimiyyet.az kommersant.ru-ya istinadən xəbər verir ki, buna səbəb meşə yanğınları olub.

"Bu, bizə dost ölkələrdən və beynəlxalq əməkdaşlardan daha çevik və effektiv dəstək almağa imkan verəcək", - deyə Novillio mətbuat konfransında izah edib.

Braziliyanın Kosmik Tədqiqatlar Agentliyinin məlumatına görə, Boliviya 2010-cu ildən bəri ən böyük meşə yanğınları ilə üzləşib. Yanğın 3 milyon hektar ərazini əhatə edir. Boliviya hökuməti beynəlxalq yardım üçün müraciət edib.

0.24842715263367