Aleksandr Maslyakovun ölüm səbəbi açıqlandı

Rusiyalı teleaparıcı Aleksandr Maslyakovun ölüm səbəbi açıqlanıb. Onun ağciyər xərçəngindən vəfat etdiyi bildirilib.

hakimiyyet.az xəbər verir ki, bu barədə "Shot" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunur ki, Maslyakov son altı ayda danışmaqda və nəfəs almaqda çətinlik çəkib.

Xatırladaq ki, aprel ayında Maslyakovun ağciyərində əməliyyat olunması mümkün olmayan şişə görə dəstəkləyici müalicə aldığı bildirilmişdi. Teleaparıcının səhhətində problemlərin 2022-ci ildən, koronavirusa yoluxduqdan sonra başladığı qeyd olunur.

Rusiyalı teleaparıcı Aleksandr Maslyakov 83 yaşında vəfat edib.

hakimiyyet.az xəbər verir ki, bu barədə məlumatı KVN-in mətbuat xidməti yayıb.

"Çox təəssüf hissi ilə bildiririk ki, Aleksandr Vasilyeviç Maslyakov 2024-cü il sentyabrın 8-də vəfat edib. O, "KVN" hərəkatının bütün iştirakçıları və milyonlarla tamaşaçı üçün əfsanə olub və əbədi olaraq belə qalacaq. 1964-cü ildən "KVN" proqramına aparıcılıq edib, Rusiyada və xaricdə yumor və satira simvoluna çevrilib", - təşkilatın "Telegram" kanalında deyilir.

Qeyd edək ki, Maslyakov bir çox mükafatlara layiq görülüb, "Vətənə xidmətə görə" ordeninin tam kavaleri, "AMiK" yaradıcılıq birliyinin təsisçisi olub.

"Onun yerli əyləncə televiziyasının inkişafına verdiyi töhfəni qiymətləndirmək olmaz", - məlumatda vurğulanır.

0.092077970504761