Cənubi Koreyanın "Samsung Electronics" şirkətinin iki keçmiş əməkdaşı 3.2 milyard dollar dəyərində texnologiya oğurlamaqda şübhəli bilinərək həbs edilib.
hakimiyyet.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Məlumata görə, həbs edilənlərdən biri əvvəllər "Samsung Electronics"də yüksək vəzifə tutub, digəri isə baş elmi işçi olub.
Ehtimallara görə, onlar "Samsung Electronics" şirkətinin texnoloji sirlərini əldə edərək satıblar. Sızdırılan məlumatların ümumi iqtisadi dəyəri 4.3 trilyon von (3.2 milyard dollar) olaraq qiymətləndirilir.