Rusiyada iki məktəbli "Mİ-8" helikopterini yandıraraq məhv etdi

Rusiyada 13 və 14 yaşlı iki məktəbli hava limanı ərazisinə soxularaq "Mİ-8" helikopterini yandırıb.

hakimiyyet.az-ın "Baza" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, hadisə Yamalo-Nenets Muxtar Dairəsinin Noyabrsk şəhərində qeydə alınıb.

Bildirilir ki, helikopter demək olar ki, tamamilə yanıb.

Ancaq yanğın zamanı məktəblilərin özləri də xəsarət alıblar. Belə ki, dostlar helikopteri yanacaq maddəsi ilə suvarıblar, sonra yanında siqaret çəkməyə qərar veriblər. Onlardan biri ehtiyatsızlıqdan közərən siqareti atıb və bu, güclü partlayışa səbəb olub.

Onlar yanıq xəsarətləri alıblar və xəstəxanaya yerləşdiriliblər.

Dindirmə zamanı məktəblilər etiraf ediblər ki, naməlum şəxslərin göstərişi ilə hərəkət ediblər və bunun müqabilində onlara 5 milyon rubl (təxminən 93 min manat) vəd edilib.

Onlar bir neçə gün əvvəl eyni sxem üzrə mobil rabitə qülləsini yandırdıqlarını və bunun müqabilində 30 min rubl (560 manat) aldıqlarını da bildiriblər.

0.13144707679749