"Mercedes" yeni "W15" bolidini təqdim etdi: Ənənələr və innovasiyaların birləşməsi

"Mercedes" ənənəvi olaraq yeni avtomobilini nümayiş edib.

hakimiyyet.az-ın f1news.ru-ya istinadən verdiyi məlumata görə, təqdimat "Silverstone"da (İngiltərədə yerləşən trass - red.) baş tutub və sosial şəbəkələrdə canlı yayımlanıb.

Qeyd edək ki, əslində "Mercedes" komandası üçün vəziyyət o qədər də ürəkaçan deyil. Uzun illər ərzində ilk dəfə olaraq komanda bilir ki, mövsümün sonunda öz liderini, yeddi qat dünya çempionu Luis Hamiltonu itirəcək. Onunla müqavilə 2025-ci ilə qədər idi, lakin sənəddə ləğv etmə seçimi olub və britaniyalı pilot bundan istifadə edərək "Ferrari" ilə razılaşıb.

"Mercedes" yeni "W15" bolidini təqdim etdi: Ənənələr və innovasiyaların birləşməsi

"Mercedes" yeni "W15" bolidini təqdim etdi: Ənənələr və innovasiyaların birləşməsi

"Mercedes"ə özünəinamı yalnız çempionluq uğrunda mübarizə qaytara bilər. Bunun üçün komandada bir çox dəyişikliyə imza atılıb: kadr dəyişiklikləri aparılıb, avtomobilin işlənməsinə fərqli yanaşma seçilib. Lakin məsələ burasındadır ki, rəqiblər də yerində durmayıblar.

"Bilirik ki, yenidən liderlik uğrunda mübarizə aparmaq üçün çox iş görməliyik. Mövsümarası yaxşı keçdi, bütün komanda işə cəmləşib və məqsədə çatmaq üçün qətiyyətlidir.

Bizim idmanda möcüzələr olmur, lakin işimizin nəticələrinə ümid edirik. Avtomobilin fəlsəfəsini dəyişdiyimiz vaxtdan bəri layihənin inkişafı tam sürətlə gedir. Bizim bir neçə prioritet tapşırığımız olub, bunun nəticəsini tezliklə biləcəyik.

Düşünürəm ki, əvvəlki iki il bəzi sahələrdə özümüzü yenidən qurmaq, kalibrləmək və yenidən düşünmək üçün lazım idi. Belə yanaşma asan olmur. Lakin biz irəliləyiş əldə etdik və yeni "W15" ilə növbəti addımı səbirsizliklə gözləyirik. Bu yol hamar deyil, amma büdrəsək də, qalxıb yüksəlməyə davam edəcəyik", - deyə komandanın rəhbəri Toto Volff qeyd edib.

0.37169790267944