Avropada daşqınlar: Çexiya - Polşa dəmir yolu bağlandı, əhali təxliyə edildi

Çexiyanın şimal-şərqində güclənən daşqınlar respublikanın bu hissəsi ilə dəmir yolu əlaqəsini kəsib və Polşadan gələn beynəlxalq qatarların hərəkətini dayandırıb.

hakimiyyet.az bu barədə TASS-a istinadən xəbər verir.

Məlumata görə, ölkənin şimal-şərq regionunun ən böyük şəhərləri olan Ostrava və Olomouc arasında dəmir yolu relsləri su altında qalıb.

Çexiya çaylarında və su anbarlarında yağışlar səbəbindən suyun səviyyəsi yüksəlməkdə davam edir. Ən çətin vəziyyət Çexiyanın şimal-şərqində müşahidə olunur. Hakimiyyət Çeske Tesin, Opava və Krnov rayonlarının minlərlə sakinlərini təxliyə edib.

Meteoroloqlar şimal-şərq bölgəsində leysan yağışların bazar ertəsinə qədər davam edəcəyini proqnozlaşdırırlar.

0.082696914672852