Məcburi qidalanma: Xərçəng xəstəsi olan III Çarlz yeməklərdən imtina edir

Bu ilin əvvəlində xərçəng aşkar edilən Böyük Britaniya kralı III Çarlzın vəziyyəti günü-gündən pisləşir.

hakimiyyet.az-ın verdiyi məlumata görə, bu barədə "Radar Online" bildirir.

Qeyd olunur ki, monarxa ictimai tədbirlərdə iştirakdan çəkinmək ciddi şəkildə tövsiyə edilsə də, kral mütəxəssislərin məsləhətinə qulaq asmır. Məsələn, bu yaxınlarda III Çarlz Avstraliyaya işgüzar səfəri ilə əlaqədar xərçəng müalicəsini dayandırıb. Bu isə onun səhhətinə təsirsiz ötüşməyib.

Məlum olub ki, 75 yaşlı Çarlz qida qəbulundan imtina etməyə başlayıb.

İnsayderin sözlərinə görə, monarx nahar üçün yalnız yarım avokado yeməyə üstünlük verir.

O da vurğulanır ki, həkimlər və kralın həyat yoldaşı Kamilla onu demək olar ki, məcburi şəkildə yedirdirlər.

0.087209939956665