Dəbdəbəli avtomobil-ev təqdim edildi

Məşhur tüninq studiyası "Brabus" ilk dəfə olaraq öz kolleksiyasına təkərli ev əlavə edib.

hakimiyyet.az auto.ru-ya istinadən xəbər verir ki, "Big Boy 1200" adlanan kamperin uzunluğu 12 m olsa da, maksimum üç sakin üçün nəzərdə tutulub.

Müstəqil yaşamaq üçün lazım olan hər şeyə malik lüks nəqliyyatın qiyməti 1,26 milyon avrodan başlayır.

Təkərli evin eni 4,5 m-dir və 30 kvadrat metrdən çox yaşayış sahəsini əhatə edir. İçəridə 160x200 sm ölçülü ikinəfərlik və tək çarpayı, mətbəxdə plitə, soba, soyuducu, qabyuyan maşın, qəhvə maşını və şərab şkafı, qonaq otağında divan və stol, həmçinin vanna otağında duş və tualet var.

İnteryerə həmçinin iki 43 düymlük televizor, peyk internet bağlantısı, isti döşəmə, kondisioner, kameralar və damda günəş panelləri yerləşdirilib. Ev bahalı parçalar və dəri, qara ağac və karbon lifi ilə bəzədilib.

Avtomobil-ev 530 at gücünə malik 12,8 litrlik dizel mühərriki ilə çalışır. "Big Boy 1200"ün maksimal sürəti 90 km/saat ilə məhdudlaşır.

0.62057018280029