Azərbaycan Premyer Liqasında 15-ci turun oyunları keçirilir.
hakimiyyet.az xəbər verir ki, ilk oyun gününün sonuncu matçı Masazırda baş tutub.
Bu həftə baş məşqçisini dəyişən "Sabah" "Səbail"lə qarşılaşıb. Vasili Berezutski yeni komandasında debüt edib. Paytaxt təmsilçisi rusiyalı mütəxəssisin debütündə çətin qələbəyə sevinib - 1:0.
"Şamaxı" - "Kəpəz" və "Zirə" - "Sumqayıt" oyunları sabah keçiriləcək. "Neftçi" - "Qarabağ" matçı isə dekabrın 1-də baş tutacaq.
Azərbaycan Premyer Liqasında "Araz-Naxçıvan" klubu "Turan Tovuz"a qalib gəlib.
hakimiyyet.az bildirir ki, XV turun açılış oyunu "Liv Bona Dea Arena"da gerçəkləşib.
Qarşılaşma meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 75-ci dəqiqədə Felipe Santos qərb təmsilçisinin qapısından keçirib.
Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv xallarının sayını 36-ya çatdıraraq liderliyə yüksəlib. "Turan Tovuz" isə 27 xalla üçüncü sırada qərarlaşıb.
Qeyd edək ki, günün ikinci qarşılaşması bu gün "Sabah" və "Səbail" komandaları arasında baş tutacaq. Görüşün start fiti saat 19:00-da səslənəcək.
Bu gün Azərbaycan Premyer Liqasında XV tura iki görüşlə start veriləcək.
hakimiyyet.az xəbər verir ki, ilk oyun günündə "Araz-Naxçıvan" "Turan Tovuz"u saat 16:00-da, "Sabah" isə "Səbail"i saat 19:00-da qəbul edəcək.
Xatırladaq ki, turun digər görüşlərində "Şamaxı" "Kəpəz"lə, "Zirə" "Sumqayıt"la noyabr ayının 30-da, "Neftçi" isə "Qarabağ"la dekabr ayının 1-də qarşılaşacaq.
Qeyd edək ki, tura dekabr ayının 1-də yekun vurulacaq.