Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğulub

Sumqayıtda 23 yaşlı qadın dəm qazından boğularaq ölüb.

APA xəbər verir ki, hadisə "Betonzavod" adlanan ərazidə qeydə alınıb.

2001-ci il təvəllüdlü Mehriban Nizami qızı İsmayılovanın hamam otağında dəm qazından öldüyü bildirilib.

Faktla bağlı araşdırma aparılır.

0.047924995422363