Altı yaşlı Aminənin yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə hakimiyyet.az-a onun anası Ülviyyə İlyasova məlumat verib.
O bildirib ki, övladı 2018-ci ildə qapalı spina-bfida diaqnozu ilə dünyaya gəlib:
"Aminənin altı yaşı var. O, qısa ömründə artıq üç dəfə ciddi əməliyyat keçirib. O, bir yaşında spina-bfidanın aradan qaldırılması üçün, iki yaşında böyrək, üç yaşında isə ayaqlarından əməliyyat olunub. Bir neçə ay əvvəl o sizin saytın izləyicilərinin dəstəyi ilə daha bir böyrək əməliyyatı keçirib".
Gənc ana Aminənin hazırda ayaqları üçün tutor aparatı almalı olduğunu deyib:
"Aminə ayaqlarından əməliyyat olunub, onun ayaqlarının düzəlməyi üçün tutor aparatı almalıyıq. Bunun üçün isə bizim 380 manata, əlavə üç dərmanı üçün isə 270 manata ehtiyacımız var. Mənim Aminədən başqa iki övladım var, yoldaşım isə bizi atıb gedib. Anam və övladlarımla yaşayıram. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm. Bu çətin yolda bizi tək buraxmamaları üçün onlara yalvarıram".
Ailə ilə əlaqə: (051) 956-25-69
Kapital Bank: 4169 7388 6273 8972.