Sərxoş sürücü qəza törədib, dörd nəfər yaralanıb - FOTO

Sumqayıtda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

hakimiyyet.az xəbər verir ki, qəza şəhərin Sülh prospektində qeydə alınıb. “VAZ 21011” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yol kənarında dayanan “Chevrolet” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “VAZ 21011”-in sürücüsü, 24 yaşlı Nicat Hümbətov və avtomobildə olan sərnişinlər, 27 yaşlı Nihad Vəliyev, 39 yaşlı Tünzalə Hümbətova və 10 yaşlı Hüseyn Əlili xəsarət alıblar.

Yaralılar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Qəzaya səbəb Nicat Hümbətovun avtomobili sərxoş vəziyyətdə və yüksək sürətlə idarə etməsi göstərilir. Qəzadan sonra yolda sıxlıq yaranıb. Polis əməkdaşları yolda tənzimləmə işləri aparıb. 

Faktla bağlı araşdırma aparılır.

0.55880188941956