Brent neftinin qiyməti 55 dolları ötüb – 5 ayda ilk dəfə


Dünya bazarlarında qara qızılın qiyməti bahalaşıb.

Hakimiyyet.Az-ın hərracların son nəticələrinə istinadən məlumatına əsasən, Brent markalı Şimal dənizi neft qatışığının noyabr fyuçerslərinin qiyməti 1,36% artaraq bir barelə görə 55,01 dollar olub.

Bununla da, Brent neftinin qiyməti apreldən etibarən ilk dəfə 55 dolları ötüb.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti isə bir barelə görə 1,72% artaraq 49,06 dollar təşkil edib.

S.B.

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh