Erməni ordusunda əsgərlərin ibadətə cəlb olunması narazılıq yaradıb


Ermənistan ordusunda əsgərlərin ibadətə cəlb olunması narazılığa səbəb olub.

APA-nın məlumatına görə, bu gün Ermənistan parlamentində keçirilən dinləmələrdə müdafiə naziri Vigen Sərkisyan bu məsələyə toxunub.

OperativXeber.az bildirir ki, nazir Ermənistan Helsinki Komitəsinin sədri Avetik İşxanyanın orduda əsgərlərin ibadətə və dua etməyə məcbur edilməsi, onların arasında ateist və digər dinə inananların olmasının nəzərə alınmaması barədə bəyanatına münasibət bildirərkən deyib ki, o, orduda hərbçilərin dua etməyə və xaç çəkməyə məcbur edilmələrinə dair halla qarşılamayıb.

Müdafiə naziri bildirib ki, belə hallar aşkara çıxarılsa, qanunu pozanları şəxsən cəzalandıracaq: “Eyni zamanda bizim dini institutumuzun nümayəndələri ordu psixologiyasında böyük rol oynayırlar və onlar hər zaman əsgərlərin yanındadır. Biz bu institutun möhkəmlənməsini davam etdirməliyik”.

HAKIMIYYET.AZ
Facebook şərh