Ermənistan ordusunun hərbi maşını qəzaya uğradı: Yaralılar var – FOTO


Ermənistanın Ararat vilayətində müdafiə nazirliyinə məxsus “ZİL-131” markalı maşınla “Opel” markalı avtomobil toqquşub.

Hakimiyyet.Az-ın erməni KİV-ə istinadən xəbərinə görə, hadisə saat 14:30 radələrində Yerasxavan-Zanqakatun yolunda qeydə alınıb. 

Qəza nəticəsində üç nəfər xəsarət alıb, onlar Ararat rayon xəstəxanasına yerləşdiriliblər.

Qeyd edilir ki, qəzaya səbəb  “Opel”  markalı avtomobilin sürücüsü olub.

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh