İsrail Qəzzanı bombalayıb


İsrail ordusu Qəzza zolağına zərbələr endirib.

Hakimiyyet.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, zərbələr HƏMAS hərəkatının Qəzza bölgəsinin cənubunda yerləşən obyektlərinə tuş gəlib.

“İsrail ordusunun tankları HƏMAS-ın Qəzza zolağının cənubunda yerləşən iki hərbi postuna hücum edib”, – deyə İsrail müdafiə nazirliyinin rəsmi “Twitter” səhifəsində yazılıb.

HƏMAS hələ ki, zərbələrlə bağlı xəbəri şərh etməyib.

İtkilər barədə məlumat yoxdur.

F.M.

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh