“Kəpəz” “Mançester Siti”nin sabiq futbolçusunu geri qaytarır


“Kəpəz” baxışda olan “Mançester Siti”nin sabiq futbolçusu Aleks Nimelini geri göndərməyə qərar verib.

Hakimiyyet.Az-a klubun mətbuat xidmətindən verilən xəbərə görə, tibbi müayinə zamanı 27 yaşlı hücumçunun zədəli olduğu aşkarlanıb.

Dizaltı vətərində problem olduğu üzə çıxan liberiyalı futbolçunun yola salınmasına qərar verilib.

Qeyd edək ki, Aleks Nimeli 2008-2014-cü illərdə “Mançester Siti”nin futbolçusu olub.

S.T.

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh