Kataloniya müstəqilliyinin tərəfdarları və əleyhdarları arasında dava  


Oktyabrın 12-də, İspan milləti günündə Barselonada Kataloniyanın müstəqilliyinin tərəfdarları və əleyhdarları kütləvi dava salıblar. 

Hakimiyyet.Az-ın xəbərinə görə, videonu La Vanguardia nəşri dərc edib.

Dava günorta saatlarında şəhərin mərkəzində baş verib. Toqquşmada futbol azarkeşləri və ultrasağ qruplaşmaların üzvləri iştirak ediblər. Hadisə nəticəsində bir polis yaralanıb, 20 dava iştirakçısı həbs olunub. 

Kataloniyada müstəqillik referendumu oktyabrın 1-də keçirilib. Seçicilərin 90 faizi regionun İspaniyanın tərkibindən çıxmasına səs verib.

S.B.

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh