London merindən Trampa çağırış: Gəlmə!


Londonun meri Sadiq Xan ABŞ prezidenti Donald Trampı Böyük Britaniyaya səfər etməməyə çağırıb.

oxu.az-ın məlumatına görə, S.Xan belə bir bəyanatla ABŞ lideri Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan etdikdən sonra çıxış edib.

“O, bu qərarı ilə müsəlman dünyasını təhqir etdiyini anlamır. London sakinləri də Trampın pərəstişkarları deyillər. Eşitmişəm ki, o, fevralda Londona gəlməyi planlaşdırır, lakin rəsmi səfərlə deyil. İndi necə gələcəyinə baxarıq”, – deyə Xan bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Qüdsü İsrailin paytaxtı kimi tanıdığını elan edib.

N.O.

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh