“Maşın şou”da əsəb gərginliyi keçirən xalq artisti verilişi tərk etdi  


Əməkdar artist Murad Dadaşovun təqdimatında “Xanımlar vs cənablar” şüarı ilə, “ATV” telekanalında yayımlanan “Maşın” şounu daha bir iştirakçı tərk edib.

Hakimiyyet.Az-ın xəbərinə görə, veriliş zamanı xalq artisti Arif Quliyevin vəziyyəti qəfil pisləşib.

A. Quliyevin səhhətində ciddi problem yaranıb. Studiyaya dərhal təcili yardım çağırılıb və xalq artistinin əsəb gərginliyi ilə əlaqədar təzyiqinin qalxdığı məlum olub. 

Həkimlərin səyi nəticəsində A.Quliyevin səhhəti normallaşıb. Xalq artisti xəstəxanadan imtina edərək evə aparılmasını istəyib.

S.B.

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh