Nazirin kurasiyasındakı başçı dağ rayonunda gərginlik yaradır – Dosye


Vergilər naziri Fazil Məmmədovun kurasiyasındakı rayon icra başçıları əyalətlərdə əhalini incidir

Palitika.Az-ın məlumatına görə, Gədəbəy, Şəmkir və Binəqədi rayon icra hakimləri ciddi narazılıq doğurur.

Onların vətəndaşlara qarşı saymazlığı, sahibkarlara qarşı repressiyası, süründürməçilik və qanun pozuntularına yol verməsi hər üç rayonda müşahidə olunur.

Bu dəfə vergilər nazirinin nəzarətindəki rayonlardan əsasən Gədəbəydən şikayətlərin ardı-arası kəsilməsi diqqət çəkir. Ona görə növbəti yazılarda Şəmkir və Binəqədi ilə bağlı problemlərə nəzər yetirəcəyik.

Gədəbəydən sahibkar Bağırov Fəxrəddin Fərəməz oğlunun sözlərinə görə, Ramiz Yediyarov icra başçısı təyin olunan ay ona məxsus obyektin girişini kərpic divarla hördürüb, üzərinə plakat yapışdırıb.

Sonra sizin sözləriniz yazılmış bu plakatı gecə ilə oğurladıb, şaxtalı havada obyektin qarşısına ağac əkdirdi. Ekologiya nazirinin rayona gəlişi ərəfəsində bu ağacları da çıxarıb, yerinə gül əkdirdi.

Dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir əhəmiyyəti olmayan bu divarı obyektin qarşısından sökdürmədi və rəsmi müraciətimə cavab yazdı ki, divarı özün hördürmüsən”.

F.Bağırov deyir ki, foto şəkillərdən də göründüyü kimi, divarın onun obyektinə düşən günəş şüasının qarşısını kəsməkdən və Heydər Əliyev prospektinin görünüşünü pozmaqdan başqa heç bir əhəmiyyəti yoxdur.

 Gədəbəyin icra başçısının adı saxta veteranlıq sənədi biznesində hallanır.

Mətbuatda Gədəbəy rayon İcra Hakimiyyətindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinə göndərilən siyahı əsasında vətəndaşlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gədəbəy rayon Şöbəsindən kütləvi surətdə müharibə veteranı statusu verilməsi haqda xəbərlər var.

Yayılan xəbərlərə görə 300-700 arası mülki şəxsə 1988-1994-cü illərdə Qarabağ müharibəsində iştirak etmələri haqda heç bir əsası olmayan, hüquq yaradan arayışlar verilib.

Bu şəxslərin çoxunun həmin illərdə Gədəbəy, heç ölkə ərazisində olmadıqları haqda məlumatlar var.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də bildirmişdi ki, Belə harınlaşmış məmurların fəaliyyəti ciddi şəkildə yoxlanmalıdır. Bizə rayon təşkilatından da Gədəbəyin icra başçısı haqda xəbərlər gəlir. Elə bu günlərdə aldığımız məlumata görə, Ramiz Yediyarovun iştirak etdiyi bir məclisdə dava düşüb. Deyilənə görə, həmin məclisdə hüquq-mühafizə orqanlarının rəhbərləri də iştirak ediblər və rayon prokuroru davanı güclə ayırıb. Yəni, icra başçısı belə bir adamdır. Ona görə də müharibə veteranı statusu ilə bağlı ciddi araşdırmaya ehtiyac var. Hətta biz və rayon təşkilatımız icra başçısının ümumi fəaliyyətini yoxlamaq üçün müvafiq orqanlara yardımçı olmağa da hazırıq”.

Amma bu qədər şikayətlər, müraciətlər olduğu halda vergilər naziri Gədəbəyin icra başçısına irad tutmur, töhmət vermir. Vaxtilə Qubada etirazlar olanda kurator nəqliyyat naziri Ziya Məmmədov qaçaraq ora getmişdi.

Gədəbəy də Quba kimi əhalinin aktiv, haqqını tələb etdiyn regionlarından biridir. F.Məmmədovun R.Yediyarovun fəaliyyətinə diqqət etməsinə ciddi zərurət var.

Facebook şərh