Qüdrət Qurbanova cinayət işi açılır?


Dövlət Dəniz Administrasiyasının rəhbərinin Eldar Mahmodovla dostluğu və gizli fəaliyyəti ifşa olunur

Bir müddət öncə Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəhbəri Qüdrət Qurbanovun adı ölkə mediasının gündəmini zəbt etmişdi. Buna səbəb Q.Qurbanovun keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovla yaxın münasibətdə olması və cinayətkar şəbəkəyə maddi dəstək verməsidir.

ARDDA şefinin oğlu Orxan Qurbanov haqqında Realliq.info – da yazılanlar diqqətdən yayınmadı. Orxan Qurbanov MTN-də işlədiyi vaxt, atasının Eldar Mahmudovla dostluq münasibətləri ona heç işə getməyə də “imkan vermirdi”. Onunla bağlı Realliq.info – da gedən yazıda qedy olunurdu ki, MTN-in zabiti olan Orxan Qüdrət oğlu Qurbanovun indi də DTX-də çalışdığı barədə məlumatlar var. Hətta onun dostları və yaxınları da deyir ki, Orxan Qurbanov MTN-də işlədiyi vaxt, atasının Eldar Mahmudovla dostluq münasibətləri ona heç işə getməyə də “imkan vermirdi”. Hətta O.Qurbanovun öz çevrəsində zarafatca “ancaq maaşdan-maaşa işə getdiyini” etiraf etməsi barədə də məlumat əldə etmişik. Bəs necə oldu ki, bu şəxs yeni strukturda da öz yerini qoruyub saxladı? Əlbəttə, bu yeni yazının mövzusudur… Əksinə hələ adı MTN-də “əməkdaş” kimi getdiyi vaxtlarda da, onun xarici ölkələri gəzib özünə modelyer “adaxlı ovuna” çıxdığı deyilir. Monako, İspaniya, Fransa, İtaliya, Türkiyə…
Qüdrət Qurbanova cinayət işi açılır?
Realliq.info – da gedən faktlara diqqət etsək aydın olur ki, Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının rəhbəri keçmiş MTN şefi ilə bir sıra gizli fəaliyyətlər də həyata keçirib. Eldar Mahmudovun rəhbərlik etdiyi şəbəkənin ifşasından sonra Qüdrət Qurbanovun da həbs olunacağı gözlənilirdi. Ən azından aşkarda olan münasibət və MTN şefinin tapşırıqlarına uyğun Dövlət əmlakının talanmasında adı keçən Qüdrət Qurbanovun cinayət məsuliyyətindən yaxa qurtarması real görünmürdü. Hamı ARDDA rəhbərinin vəzifəsindən kənarlaşdırılacağına şübhə etmirdi. Lakin, Dəniz Administrasiyasının başbiləni bu günə qədər məsuliyyətdən yaxa qurtara bilib.

Etibarlı mənbədən Realliq.info – ya daxil olan məlumatda bildirilir ki, keçmiş MTN şefi ilə sıx münasibət quranlar – Vidadi Zeynalov, Cahangir Hacıyev və digərləri məsuliyyətdən yaxa qurtara bilmədiyi kimi Qüdrət Qurbanovun da başqa yolu qalmayıb. O, keçmişində yol verdiyi əməllərin cəzasından bu günə qədər qaçıbsa bu o demək deyil ki, onun haqqında yığılan material arxivə verilib. Mənbə qeyd edir ki, Administrasiya şefini qarşıda çətin günlər gözləyir: “Son günlər keçmiş MTN şefinin Baş prokurorluqda dindirilməsi yeni adların ortaya çıxarılacağıan və həbslərin davam edəcəyinə işarədir. Bu mənada ARDDA rəhbəri Qüdrət Qurbanovun adını bu siyahıya daxil etmək olar. Bu məmurun Eldar Mahmudovla bir sıra gizli əlaqələri də artıq aidiyyatı qurumlara bəllidir. Qurbanovun bu gün də Eldar mahmudovun qohumlarına dəstək olması barədə məlumatlar var və bu da təbii ki, administrasiya rəhbərinin sonunu gətirməkdədir”.
Qüdrət Qurbanova cinayət işi açılır?
Əlbəttə, Eldar Mahmudovun “möhtəşəm” vaxtlarında irili-xırdalı əksər məmurlar onunla dost olmağa, isti münasibətlər saxlamağa çalışırdılar. Qüdrət Qurbanov da hardan biləydi ki, bir gün digər güc strukturları Eldar Mahmudovun “qoşun”ununa qalib gələcək. Nəticədə isə Qüdrət Qurbanov sabiq milli təhlükəsizlik naziri ilə qol-boyun vəziyyətdə fotolar çəkdirdiyinə peşman olacaq… Bu barədə növbəti yazıda.

Qüdrət Qurbanovun MTN şefi və həbasdə olan cinayətkar şəbəkənin digər nümayəndələri ilə əlaqədə olması və keçmiş münasibətlərini davam etdirməsi ilə bağlı Realliq.info – ya məlumatlar daxil olub. Həmin məlumatlarda qeyd olunur ki, Q.Qurbanov Eldar Mahmudovun yaxınları ilə ona yardımını əsirgəmir və keçmişdə etdiyi qanunsuzluqların ifşa edilməməsini xahiş edib. Eldar Mahmudovun yenidən istintaqa çağırılması administrasiya şefini çətin duruma salıb. Şərikli işlərin üstünün açılması Qüdrət müəllimin taleyinə aydınlıq gətirəcək. Bununla yanaşı müxtəlif instansiyalara, o cümlədən təqdim olunan açıqlamalardan belə qənaətə gəlmək olur ki, bu gün Dövlət Dəniz Administrasiyasında formalaşdırılmış rüşvət və korrupsiya şəbəkəsi dövlətin üst qurumalarının səbir kasasını doldurub. Beləliklə görünən sonluq bəllidir – Qüdrət Qurbanov Vidadi Zeynalovla kamera yoldaşı olacaq.

Facebook şərh