Rəşad Sadıqov üçün Türkiyə klubu


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) Antalya toplanışı çərçivəsində daha bir yoldaşlıq oyunu keçirəcək. 

Hakimiyyet.Az xəbər verir ki, yığmamız yanvarın 16-da, yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00-da) “Alanyaspor”un U-21 komandası ilə qarşılaşacaq.

Qeyd edək ki, U-21 yanvarın 21-də və 26-da Albaniyanın, ayın 23-də isə Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığma komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər üç qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

S.T.

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh