Rusiya Müdafiə Nazirliyindən kobud səhv – FOTO


Rusiya Müdafiə Nazirliyi sosial şəbəkələrdə guya ABŞ-ın İŞİD-ə dəstək verməsini sübut edən fotolar paylaşıb.

Hakimiyyet.Az-ın xəbərinə görə, qurumda bildiriblər ki, 9 noyabr 2017-ci ildə çəkilən bu şəkillərdə Birləşmiş Ştatların terrorçularla əlbir olması açıq-aydın görünür. 

Lakin məlum olub ki, şəkillərdən biri smartfonlar üçün “AC-130 Gunship Simulator: Special Ops Squadron” oyununun skrinşotu ilə eynidir. Digər fotolar isə  İraq ordusunun 2016-cı ildə Əl-Fallucada keçirdiyi əməliyyat zamanı lentə alınıb.

Rusiya Müdafiə Nazirliyi sonradan rəsmi Facebook və Twitter səhifələrində fotoları və paylaşımı silib.

Qeyd olunur ki, kadrlar həmçinin “Rusiya-24” telekanalının efirində də yayımlanıb.

S.B.

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh