Saatlı DYP-ni rəisi sürücüyə belə dedi-“300 manat bizə ver,protokolla cərimənin nə sənə, nə mənə xeyri var bundan yalnız dövlət xeyir görəcək”-ŞİKAYƏT

Dövlət Yol Yolis işçilərinin bəzi qanunsuz hərəkətləri barədə mətbuatda mütəmadi olaraq məlumatlar getməkdədir. Mətbuat vasitəsi ilə edilən şikayətlər Daxili İşlər Nazirliyi və Dövlət Yol Polis İdarəsinin rəhbərliyi tərəfindən araşdırldığını və lazımı tədbirlər görülərək problemlərin aradan qaldırıldığınıda qeyd etmək olar. Ancaq yenədə bəzi DYP işçilərinin vəzifələrindən sui-istifadə etmələri barədə şikayətlər var.
BakuPress.Az-a daxil olan məlumata görə, Saatlı rayon DYP əməkdaşları vəzifə borcunu yerinə yetirərkən bir çox sürücülərə qarşı haqsızlıq edərək onlara qeyri-qanuni cərimələr yazır. Belə ki, Saatlı rayon Çolpu kənd sakini İsayev Əlihüseynə məxsus maşını 21.11.2017-ci ildə heç bir sübut və ya həkim ekspertizsası təyin olunmadan Saatlı rayon polis əməkdaşı olan Vasif adlı şəxs ondan 400 manat pul tələb edib.İsayev bildirir ki,”Mən mübahisə etdim və tələb etdim ki,ekspertiza təyin olunsun və mən qanuni şəkildə cəriməmi ödəməyə hazıram..Biz şöbəyə gəldik və ordada mən tələbimi irəli sürdüm lakin Saatlı rayon DYP-nin rəisi kabinetində mənə dedi ki,protokol və cərimə nə sənə nə mənə xeyri var bundan yalnız dövlət xeyir görəcək.Yaxşısı budur 300 manatı ver maşını götür get.Bildirdim ki,siz protokol yazın cəriməmi ödəyim səhər əsgəri xidmətdə oğlumun yanına getməliyəm özüdə döyüş bölgəsindədir.Lakin onlar dedi sən pulu ver maşını götür get səhər protokolu götürərsən.Beləliklə borc xərc tapıb gecəynən 300 manatı verdim.Ertəsi gün protokolu gəldim götürməyə dedilər sənə protokol yazılmayıb.Ogün bu gün aidiyyatı qrumlara şikayət etsəmdə Saatlı rayon prokrorluğundan mənə cavab gəldi ki,burda cinayət əməli yoxdur məhkəməyə müraciət edin.O gün bu gün haqqımı tələb etsəmdə mənim şikayətimə baxan yoxdur.”
Faktiki olaraq sürücülərə şər ataraq pul toplamağı özlərinə yol seçən Saatlı DYP əməkdaşlarını durduran yoxdur. Əlihüseyn İsayev qeyd edir ki, mən illərdir dövlətimə,prezidentimə xidmət edən adamam,20 ildir Yap-ın üzvüyəm ölkəmizdə qanunlara riayət etmişəm.Amma Saatlı rayon DYP rəisi buranı öz qanunları ilə idarə edir Göründüyü kimi Saatlı rayon DYP əməkdaşları vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rüşvətlə məşğul olur.
Əlihüseyn İsayev BakuPress.Az-a verdiyi məlumatda qeyd edir ki, artıq məsələ ilə bağlır hər yerə müraciət etmişəm amma heç bir tədbir görülmür.Yanıma xahişə gəlirlər ki,pulu qaytaraq məsələni bağla mənim isə tələbim pul deyil qanuni protokolumu tələb edirəm və məsələyə hüquqi qiymət verilməsini istəyirəm.Olunan şikayətlər aidiyyatı üzrə araşdırılmayacaqsa,yaxşı hüquqları tapdalanmış və pozulmuş sadə vətəndaşlar dərdlərini kimə deyəcək. Mən mətbuat vasitəsi ilə Daxili İşlər Naziri Ramil Usubov cənabından xahiş edirəm ki, Saatlı rayon DYP-də başıma açılan oyunlarla bağlı ciddi tədbir görəsiniz və müqəssizləri layiqli cəzalandırasınız.
Mövzu diqqətimizdədir .Yazıda adı çəkilən şəxslərin mövqeyini dərc məyə hazırıq
Saatlı DYP-ni rəisi sürücüyə belə dedi-"300 manat bizə ver,protokolla cərimənin nə sənə, nə mənə xeyri var bundan yalnız dövlət xeyir görəcək"-ŞİKAYƏT

Facebook şərh