Sensasiya: Məmur balalarına “Galendvagen” sürmək qadağan olunur – Eksklüziv


Azərbaycanda məmur balalarının qudurğanlığı həddi aşmaqda davam edir. Onların avto qəzaları yollarda insanların tələf olması ilə nəticələnir

Palitika.Az-ın əldə etdiyi məlumata görə, bu cinayətlərin səngiməməsi və əsasən də “Galendvagen” markalı avtomobillərlə törədilməsi ciddi tədbirlər görmək üçün əsas yaradıb.

Məmur uşaqları bu cinayətlərinə görə həbs olunsalar da, qarşısıalınmaz bir proses gedir. Ona görə də siyasi elitada qeyri-rəsmi şəkildə yeni qərar qəbul olunub.

Prezident səviyyəsində məmurlara xəbərdarlıq olunub ki, “Galendvagen” model maşın sürmək yığışdırılsın və məmurlar, vəzifəli şəxslər bu marka maşın almağa son qoysunlar.

Bundan sonra şəhərdə “Galendvagen” sürən məmur uşaqları, vəzifəlilərin balaları nəzarətə götürüləcək.

Hətta dövlət yol polis əməkdaşlarına da tapşırıq verilib ki, bu markalı avtomobil sürənlər yollarda saxlansın, yoxlanılsın, sənədləri araşdırılsın.
Əksər hallarda məmur balaları bu maşınları sənədsiz, içkili vəziyyətdə, yüksək sürətlə idarə edirlər.

Ölkə rəhbərliyi səviyyəsində qərara gəlinib ki, məmur uşaqlarının sürdüyü maşınların siyahısı tərtib edilsin. Azərbaycanda hər bir vətəndaşın istənilən model maşın sürmək hüququ var.

Lakin məmur övladlarının “Galendvagen” maşınlarını həm öz pulları ilə almadığı, həm də faciələrə səbəb olduqları göz qabağındadır.

Palitika.Az xəbər verir ki, noyabrın 14-də aeroport yolunda dəhşətli qəza baş verib.

«Mercedes Gelandewagen» markalı avtomobil yol kənarında dayanmış digər «Mercedes» markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində vurulan «Mercedes»in sürücüsü, Naxçıvan şəhər sakini olan Natiq adlı şəxs yerindəcə keçinib.

Məlumata görə «Gelandewagen»in sürücüsü yüksək vəzifəli məmurlardan birinin oğludur.

Rəsmi açıqlamada deyilib ki, maşın “Prado” olub. Amma bu fakt heç nəyi dəyişmir. Çünki Baş nazirin müavini Əli Həsənovun nəvəsindən digərlərinə qədər əksər məmurların övladları “Gelandewagen terroru” ilə məşğuldurlar.

Ərəb şahzadələrinin sevimli oyuncağı kimi tanınan “Gelandewagen” – Mercedes-Benz G-Class avtomibilləri ilə, görünür, bəzi azərbaycanlı məmur övladları Bakı küçələrində bir-birləri ilə ötüşmək üçün üstünlük verirlər.

Qısa araşdırmadan belə olur ki, qəzalar zamanı məmur övladları, əsasən, bu markalı avtomobili idarə ediblər.

2014-cü ilin martında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovla bağlı olub.

İdarə etdiyi “Geländewagen” markalı avtomobillə törətdiyi qəza nəticədə tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi ölmüşdü. Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilsə də 3 ildən sonra əfv olunub.

Keçmiş deputat Ayaz Orucovun oğlu İsmayıl Orucovun adı isə idarə etdiyi “Galandewagen” markalı avtomobillə iki xanımın oturduğu maşına 8 dəfə atəş açması ilə hallanıb.

 
Facebook şərh