ŞOK: XƏTAİDƏ YÜKSƏK GƏRGİNLİKLİ ELEKTRİK DİRƏKLƏRİNİN ALTINDA EVLƏR TİKİLİB” – CİDDİ TƏHLÜKƏ + FOTOLAR

Yüksək gərginlikli elektrik dirəkləri və iri həcmli qaz borularının altında evlər tikilib.

Sakinlərin “Sherg.az” saytının “Whatsapp” nömrəsinə göndərdiyi foto Xətai rayonu Mirzə Davud küçəsində çəkilib. Fotodan göründüyü kimi, yüksək gərginlikli elektrik xətlərinin altında mənzillər inşa olunub və qaz boruları çəkilib.

Şikayətçi onu da bildirib ki, cüzi elektrik gərginliyi yaranacağı təqdirdə ağır faciələrə səbəb olacaq partlayışlar baş verə bilər ki, bu da sakinlər üçün həyatı təhlükə vəd edir:

“Fotodan da aydın görmək olur ki, həmin mənzillər köhnə tikililərdir. Yəni bu problem illərdir mövcuddur və indiyə qədər heç bir tədbir görülməyib. Şübhəsiz ki, belə şəraitdə yaşayan ailələrin təhlükəsizliyi üçün aidiyyəti qurumların tədbir görməsi vacibdir”.

Qeyd edək ki, bu cür hallarla bağlı mətbuatda kifayət qədər tənqidi yazılar dərc edilsə də, səlahiyyətli orqanlar, məxusi olaraq rayon icra hakimiyyətləri heç bir nəticə çıxarmırlar. Əksinə, insanlardan “haqq” alaraq qadağan olunmuş ərazilərdə qanunsuz tikililərə göz yumurlar.

ŞOK: XƏTAİDƏ YÜKSƏK GƏRGİNLİKLİ ELEKTRİK DİRƏKLƏRİNİN ALTINDA EVLƏR TİKİLİB" - CİDDİ TƏHLÜKƏ + FOTOLAR

Facebook şərh