Su üzərində əyləncə kompleksi


İtaliyalı dizayner Mikele Pudzolante su üzərində əyləncə kompleksinin layihəsini təqdim edib.

Hakimiyyet.Az AZƏRTAC -a istinadla bildirir ki, əslində bu, ən müasir texnologiyaların, o cümlədən günəş panellərinin tətbiq edildiyi üzən oteldir.

Otelin üstün cəhətlərindən biri də odur ki, onu dünyanın istənilən ölkəsinə nəql etmək olar. Bundan əlavə, otelin göyərtəsində istirahət üçün xüsusi zonalar, günəş vannaları var.

Layihə müəllifinin fikrincə, su üzərində oteldən toy mərasimlərində və konfransların təşkilində də istifadə etmək mümkündür.

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh