Tramp Rusiyanı “valyuta oyunları” aparmaqda ittiham etdi


ABŞ prezidenti Donald Tramp Rusiya və Çini süni devalvasiyada ittiham edib.

Hakimiyyet.Az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri öz “Twitter” səhifəsində yazı paylaşıb.

“ABŞ uçot dərəcəsini artırmağa davam etdiyi bir vaxtda, Rusiya və Çin valyuta devalvasiyası ilə bağlı oyun çıxarır. Bu yolverilməzdir!”,- deyə Tramp qeyd edir.

Qeyd edək ki, Rusiya Maliyyə nazirliyi rubl məzənnəsinin neft qiymətindən asılılığını minimallaşdırmaq məqsədilə daxili bazarda kütləvi şəkildə xarici valyutanı almağa başlayıb.

Təkcə aprel ayında xarici valyutanın alınmasına 240 milyard rublun sərf olunacağı bildirilir.

F.M.

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh