“Yağ kimi qənimət, yağ kimi korrupsiya” – Əbülfəz Məlikovun “gömrük imperiyası”


Yağı bahalaşdıran “Trans Broker” MMC dövlət maraqlarını necə “şor qiymətinə” satır?

Yağ bir xalq olaraq bizim məişətimizdə, qida rasionumuzda, eləcə də xalq yaradıcılığımızda mühüm yer tutur. İşlərimizin yağ kimi getməsi, ən asan işlərimizin yağdan tük çəkirmiş kimi başa gəlməsi, “yağlı yerdə” işləyən tanışlarımıza xüsusi hörmət edilməsi və sair kimi adətlər məhz bizim xalqımıza aiddir.

Lakin, son zamanlar yağın qiymətinin çatdığı hədd xalqımızın kövrək ürəyində bu heyvani mənşəli qida məhhsuluna qarşı heç bir insani məhəbbət hissi saxlamayıb. Yəni yediyimizin nə dadı qalıb, nə də ki yağı. Ancaq qısa bir araşdırma aparsaq məlum olar ki, dünyada heç bizdən “yağlı” xalq da yoxdur. Çünki, yağdan bizdəki qədər “yağ” kimi pulu qazanmaq xoşbəxtliyi yəqin ki, heç bir ölkədə yoxdur.

Hamıya məlumdur ki, Azərbaycanda bahalaşmanın əsas səbəbi gömrük rüsumlarının və vergi dərəcələrinin yüksək olması, o cümlədən monopoliyanın güclü olmasıdır. Başqa fiziki və hüquqi şəxslərin Azərbaycana yağ gətirməsinə ciddi maneələr var. Bu da inhisarçılığa yol açan əsas səbəblərdən biridir. Sərhədyanı zonalarda yaşayan əhali belə öz ehtiyaclarını ödəmək üçün qonşu Gürcüstandan və Rusiyadan yağ gətirə bilmir, bunun həcmi ilə bağlı da müəyyən məhdudiyyətlər qoyulur. Bir qutudan artıq yağı gömrükdən keçirməyə qoymurlar. Azərbaycanda kərə yağının istehsalı məhdud çərçivədə olduğu üçün bu məhsul ölkəmizə əsasən Rusiya, Yeni Zelandiya, Avstraliya, Ukrayna və Pribaltika ölkələrindən idxal edilir.

Ə. Məlikovun “balina piyli inək yağları”

Azərbaycanada yaranan bu “yağ kimi yağ probleminin” əsas baiskarının da kim olduğu məlumdur. Ucundan “yağ damcılayan” bu biznes “broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun monopoliyasındaddıır. Ancaq Rubrika.az-a daxil olan məlumatlarda Ə. Məlikovun bu “yağ monopoliyasının” əslində xalqımıza heç də yağ kmi başa gəlmədiyini göstərir. Çünki, Məlikovonun “yağ monopoluiyasının” içindən tamam başqa qatqılar da çıxır. Həm də Rubrika.az-a daxil olan məlumatlarda bildirilir ki, Ə.Məlikovun idxal etdiyi yağların içinə balina yağı və heyvanların iç piyini qatırlar.

Facebook şərh