Yasamal şefinin çıxarılması, generalın qovulması… İlham Əliyev məmur korpusunu sökür!!! – ÖZƏL


Prezidentin müşavirədəki çıxışı, Yasamaldakı parkın açılışında – mesajları göstərdi ki, məmur korpusundan çox ciddi şəkildə narazıdır.

Ulus.Az-ın Analitik Mərkəzinin verdiyi məlumata görə, dövlət başçısı son zamanlar verdiyi qərarlarda, atdığı addımlarda, sərəncamlarda məmurlardan narazı olduğunu hiss etdirir.

Ölkə başçısının Yasamalın icra başçısını vəzifəsindən azad etməsi, ağac kəsənlərə sərt şəkildə cəza verməsi, oğlu xuliqanlıq etmiş generalı işdən qovması payızda məmur korpusunun poqon kimi tamamilə sökülüb yenidən yığılacağını deməyə əsas verir.

Prezident benzinin qiymətinin qalxmasından sonra süni qiymət artımına yol verənləri də ağır cəza gözlədiyini bəyan edib. Görünür ki, yeni iqtisadi şərait hökumətin idarəçiliyində dəyişikliklərə getməyə əsas yaradıb.

Payızda yeni komanda və idarəçilik strategiyası ilə siyasi kurs götürəcək hakimiyyət gərginliyi azaltmağı hesablayıb.

Qarşıdan gələn seçki ilində hakimiyyətdə kifayət qədər yeni, nisbətən gənc və ən mühümü, regional bağlığı olmayan, adı korrupsiya və rüşvət çirkabına bulaşmamış kadrlar olacaq.

Məlumatlara görə, icra strukturlarına çoxlu sayda yeni kadrlar işə cəlb olunur. Bu tabloda maraq doğuran daha bir mühüm məqam yeni təyinatların iqtisadi, təhlükəsizlik və müdafiə sektorlarını deyil, humanitar sahələri əhatə etməsidir.

Ulus.Az xəbər verir ki, bunun bir neçə səbəbi ola bilər. Hakimiyyət strateqləri oliqarxiyanın kök saldığı və inhisara alınmış iqtisadi sahədə kadr islahatlarını “müvafiq zaman” yetişənə qədər təxirə salıb.

Çünki bu sahədə tədrici dəyişiklik oliqarxiyanı qorxuda və hökumət daxilində destabilizasiya yarada bilər. Azərbaycan prezidenti öz komandasında kadr islahatlarına başlamaq istəyir.

Bu məsələnin hakimiyyətin ən yuxarı çevrələrində dəfələrlə müzakirə olunduğunu da yazmışıq.

Xatırladaq ki, hələ 2003-cü ildə prezident seçkisi öncəsi və seçkidən sonra Qərb mediasında İlham Əliyevin öz komandasındakı “qocalar”la vidalaşacağı haqda məlumatlar yayılırdı.

Bu haqda ABŞ-la və Avropa ilə ilkin razılaşmaların olduğu haqda da çox deyilib. Bunu bir sıra Qərb diplomatları vaxtaşırı rəsmi və qeyri-rəsmi şəkildə etiraf edib. Lakin sonrakı proseslər bu layihəni təxirə saldı.

Lakin 2013-cü ildən proje işə düşüb və hakimiyyət kluarlarında dəyişikliklər göz qabağındadır. Bir neçə nazir vəzifəsini itirib, icra başçıları yola salınıb, struktur dəyişikliklərinə gedilib. Mənbə bildirir ki, bundan sonra da proses geniş vüsət alacaq.

Facebook şərh