Yüzdən çox müsəlman Myanma sərhədini keçmək istəyərkən ölüb  


Avqustun sonlarından etibarən Myanmanın Rakhayn ştatından olan ən azı 102 qaçqın Banqladeş sərhədini keçmək istəyərkən ölüb.

Hakimiyyet.Az-ın xəbərinə görə, bu barədə məlumatı bdnews24 xəbər portalı yayıb.

Onların hamısı Myanma-Banqladeş sərhədində Naf çayını keçmək istəyərək batıb. Rohingya müsəlmanları nasaz vəziyyətdə olan və həddən artıq yükləndiyi üçün tab gətirməyib batan qayıqlarla sərhədi keçməyə çalışırlar. 

Rakhaynda münaqişənin gərginləşdiyi gündən (25 avqust) sutka ərzində iki-üç belə hadisə barədə məlumat gəlir. Ümumilikdə isə, bu müddət ərzində ümumilikdə 400 nəfər ölüb, 370 min nəfər isə Banqladeşə qaçıb.

Qeyd edək ki, Arakan müsəlmanları 2012-ci ildən Myanma hökuməti tərəfindən sıxışdırılır, kütləvi şəkildə qırğınlara məruz qalırlar.

S.B.

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh