Zabit güləşçimiz dünya çempionatında medal qazandı


Rusiya Federasiyasının Moskva şəhərində Mərkəzi Ordu İdman Klubunun idman zalında hərbçilər arasında güləş üzrə 33-cü dünya çempionatının kişilər arasında final görüşləri keçirilib.

Hakimiyyet.Az xəbər verir ki, 65 kq çəkidə mübarizədə MOİK-in zabiti Ağahüseyn Mustafayev İran idmançısı Biyabani Peymanı məğlub edərək dünya çempionatında üçüncü olub.

Bununla da Azərbaycan aktivinə növbəti bürünc medalı yazdırıb.

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh