Zakir Fərəcov şəhid analarının sevincini ürəyində qoydu – Gecə ilə şəhid plakatları söküldü..ÖLKƏDƏ XAOSS..


Bir neçə gün öncə aprel şəhidlərinin plakatlarının yaşadıqları küçənin girişinə vurulması ilə bağlı geniş reportaj hazırlayaraq siz izləyicilərə təqdim etmişdik.

Belə ki, bir qrup gəncin təşəbbüsü ilə şəhid Əbdülməcid Axundovun, Şülan Bayramovun, Seymur Baxışovun, Rəşid Baxşəliyevin və digərlərinin plakatları hazırlanaraq yaşadıqları evin qarşısında asılmışdı.

Bu addım ictimaiyyət tərəfindən müsbət qarşılansa da, şəhid ailələrinin sevinci uzun sürməyib.

İslaminSesi xəbər verir ki, Sumqayıt sakinlərinin sabahı xeyirə açılmayıb. Belə ki, insanlar bir neçə gündür yuxudan oyanıb küçəyə çıxarkən ilk qarşılaşdıqları və qürur duyduqları şəhidlərin plakatlarını sökülb kənara atılmış vəziyyətdə görüblər. Aprel şəhidlərindən olan Əbdülməcid Axundov və Şülan Bayramovun plakatları artıq ərazidən götürülüb.

Vətən uğrunda canını fəda edən şəhidlərə qarşı sərgilənən bu münasibət həm ictimaiyyətin, həm də onların ailələrinin hiddətinə səbəb olub.

Şəhid anaları hətta özlərini yandıracaqlarını, bu laqeyd münasibətə dözə bilməyəcəklərini deyiblər.

Şəhid Əbdülməcid Axundovun anası Ceyran Axundova bildirib ki, xəbəri eşidəndən məhv olublar: “ Bu hadisə mənə oğlumun şəhid olduğu haqda xəbəri alarkən keçirdiyim hissləri təkrar yaşatdı. Bu plakatları sökənlər yaşadığımız sevinc hissini yox etdilər”.

Qeyd edək ki, plakatların dəqiq kim tərəfindən söküldüyü açıqlanmasa da, bu işin Sumqayıt Şəhər İcra Hakimiyyəti rəhbərliyinin göstərişi ilə həyata keçirildiyi güman olunur. Mövzunu diqqətdə saxlamağa çalışacağıq.

Facebook şərh