AMAA-nın yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 16-da “Azərbaycan Milli Antidopinq Agentliyi” (AMAA) publik hüquqi şəxsin yeni tərkibdə Müşahidə Şurasının ilk iclası keçirilib.

hakimiyyet.az xəbər verir ki, iclasda millət vəkili Nigar Arpadarai şuranın sədri, hüquqşunas Samir Nuriyev isə sədr müavini seçiliblər.

Həmçinin Agentliyin Nizamnaməsinin 4.4.2-ci bəndinə əsasən, Təhminə Pərviz qızı Tağı-zadə Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru təyin edilib.

Xatırladaq ki, cari ilin oktyabrın 9-da Şəfəq Hüseynli Agentliyin direktoru vəzifəsindən azad edilib.

0.071010112762451