“Zəfər” salnaməsi: qəhrəmanlığın ədəbi-kreativ tarixi” layihəsinə başlanılıb

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qayğı və Himayə” Xeyriyyə Fondu sentyabr ayının əvvəlindən “Zəfər” salnaməsi: qəhrəmanlığın ədəbi-kreativ tarixi” layihəsinin icrasına başlayıb. 1 sentyabr – 1 noyabr tarixlərində, 2 ay müddətində həyata keçiriləcək kreativ layihə haqqında fondun rəhbəri Gülayə Rzayeva media üçün açıqlama verib.

QHT Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırmağa başladığımız bu kreativ layihəmizdə ənənəvi - ədəbiyyat və yeni vizual formaları özündə birləşdirməklə məktəbli, tələbə, yeniyetmə və gənclər arasında hərbi-vətənpərvərlik , Vətən uğrunda canını keçmək kimi müqəddəs hissləri aşılayan II Qarabağ Zəfərini xalqımıza yaşadanların, xüsusən də Ali Baş Komandan İlham Əliyev başda olmaqla, qəhrəmanlarımızın, şəhid və qazilərimizin igidliklərinin sənət dili ilə ədəbi-poetik salnaməsini yaratmağı nəzərdə tuturuq. Vətən müharibəsində igidlik göstərənlərin qəhrəmanlıqlarını indiki və gələcək nəsillərə tanıtmaqla, ən yeni estetik alətlərdən yararlanmaqla, şanlı Qələbənin ədəbi formalarda, müxtəlif janrlarda əbədiləşdirmək planlaşdırılır.

Bu istiqamətdə - Zəfər mövzusunda ənənənəvi və yeni formatlardan – kitab, ədəbiyyat nümunələri, elektron nəşr, İnternet TV verilişləri, sosial şəbəkələrdə virtual aksiyalar və b. metodlardan yararlanmaqla, şəhidlik və qazilik zirvəsinə qalxmış övladlarımızın, eləcə də Qalib Müzəffər Ordu və Ali Baş Komandanın, igid hərbiçilərimizin əbədi-vizual obrazlarını yaratmaq zəmanəmizin aktual məsələlərindən hesab olunur. Qəhrəmanlığı örnək kimi göstərən, müxtəlif nəsil yaradıcı insanların yaratdıqları obrazların özündə birləşdirən əsərlərin kağız/elektron formada nəşri, tanıtımı, yayımı nəzərdə tutulur. Paralel olaraq İnternet resurslarında yayımlanacaq, daimi qalacaq  vizual / virtual məhsullar, 2 onlayn TV veriliş, yeni mediada gedəcək virtual məhsullar yaratmaq, eləcə də sosial şəbəkələr, yeni media, saytlar, İKT imkanlarından bəhrələnməklə, gənc nəslin qəbul etdiyi formatlara uyğun fəaliyyətlərlə təbliğati-ideoloji aksiyalarını təşkil ediləcək.

Zəfər tarixinin yaradılması istiqamətində növbəti mərhələ kimi düşünülmüş fəaliyyətlər zamanı yaradıcı insanları səfərbər etmək, müxtəlif nəsil nümayəndələrini birləşdirmək vacibdir. Vətənpərvərliyin zirvəsi sayılan müharibə qəhrəmanlarının işıqlı obrazlarını həm çağdaş humanitar düşüncəmizdə, həm ədəbiyyatımızda, həm milli-mənəvi ideologiyamızda, həm də İnternet resurslarımızda yaratmaqla, gənc nəsilə tanıtmaq, davamlı təbliğat aparmaqla dövlətimizin bu sahədə apardığı siyasətə dəstək durmaq üçün fəaliyyətlər həyata keçirilməsi nəzərdə tutulur.

Ölkə daxilində və dünyada Azərbaycanın möhtəşəm Qarabağ Zəfəri ilə bağlı həqiqətlərin, yeni ədəbi əsərlərin geniş yayılmasına səbəb olması üçün səylər göstəriləcək. Layihənin təqdimatına və sosial şəbəkələrdəki virtual təbliginə xüsusi önəm veriləcəkdir: istər ölkə daxilində, istərsə də dünyada Azərbaycanın Qarabağ Zəfəri haqqında yaradılan yeni ədəbi nümunələrin geniş yayılmasına səbəb olacaqdır.



Qayğı və Himayə” Fondunun Mətbaut Xidməti

0.048686027526855