“Bloomberg”: “Müğənni Teylor Svift rəsmi olaraq milyarder elan olunub”

Amerikalı pop-müğənni Teylor Svift rəsmən milyarder elan olunub.

Bu barədə “Bloomberg” agentliyi yazır.

Agentliyin verdiyi məlumata görə, 33 yaşlı sənətçinin ümumi sərvəti “Eras” musiqi turu sayəsində indi 1 milyard dollar həddini keçib.

Qeyd olunur ki, Sviftin bu yay baş tutan qastrolları da həmçinin ölkənin ÜDM-ni 4,3 milyard dollar artıraraq, ABŞ iqtisadiyyatının güclənməsinə kömək edib.

Məlumdur ki, onun çıxış etdiyi şəhərlərdə ictimai nəqliyyatda sərnişin axını kəskin şəkildə artıb və otellərdı yer tapmaq mümkün olmayıb.

“Svift bu statusu yalnız musiqisi və çıxışları ilə əldə edən bir neçə sənətçidən biridir”, - deyə “Bloomberg” yazıb.

0.091361045837402