Moskvada terror hadisəsinin baş verdiyi “Crocus City Hall”un yerində məbəd, yaxud xatirə parkının salınması təklif olunur.
Təklifi Rusiya Dövlət Dumasının Ədalətli Rusiya Partiyasından olan deputatı, məşhur aktrisa Yelena Drapenko səsləndirib.
“Belə bir kədərli hadisə baş verəndən sonra, təbii ki, mən istəməzdim ki, yenə orada konsert zalı bərpa edilsin, əyləncəli proqramlar təşkil olunsun”, - deyə Yelena Drapenko vurğulayıb.
Qeyd edək ki, öz növbəsində Rus Pravoslav Kilsəsi “Crocus City Hall”un yenidən qurulması məsələsində terror aktında həlak olanların yaxınlarının rəyini nəzərə almağa çağırıb.
Mənbə: Govoritmoskva.ru