Belarusda erməni içkilərinin satışı qadağan edildi

Belarus Ermənistanın “Ararat” konyak zavodunun məhsullarının ölkəyə idxalına qadağa qoyub.

“Caliber”in məlumatına görə, buna əmtələrin istehsalı və satışı zamanı yol verilən qanun pozuntuları səbəb olub.

Hazırda “Ararat” zavodunun məhsulları utilizasiya üçün dövriyyədən çıxarılır.

Ehtimal olunur ki, qərar siyasi xarakter daşıyır və Ermənistan parlamentinin spikeri Alen Simonyanın belaruslu müxalifətçi Svetlana Tixanovskaya ilə görüşünə cavabdır.

Qeyd edək ki,  “Ararat” zavodu pivə və konyak istehsal edir.

0.14881491661072