CAR-da FACİƏ: Zəvvarları daşıyan avtobus aşıb, 45 nəfər ölüb

Cənubi Afrika Respublikasının (CAR) Limpopo əyalətində avtobusun körpüdən aşaraq alışması nəticəsində azı 45 nəfər ölüb.

Məlumata görə, Mokopane və Marken arasındakı dağ keçidində avtobus idarəetmədən çıxaraq aşıb.

CAR-ın nəqliyyat naziri Sindisive Çikunqanın sözlərinə görə, zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində yalnız səkkiz yaşlı bir qız sağ qalıb və xəstəxanaya aparılıb. Daha bir qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Mənbə: RİA Novosti

0.18487286567688