İsrailin baş naziri Benyamin Netanyahu yırtıqdan müalicə olunmaq üçün əməliyyat olunacaq, baş nazir postunu müvəqqəti olaraq baş nazirin müavini və ədliyyə naziri Yariv Levin icra edəcək.
Bu barədə baş nazirin administrasiyası məlumat yayıb.
Qeyd olunur ki, yırtıq ötən gecə adi müayinə zamanı aşkarlanıb.
Xatırladaq ki, 2023-cü ilin iyulunda Netanyahu ürəyində kardiostimulyatorun quraşdırması üçün cərrahi əməliyyat keçirmişdi. Həmin dövrdə də hökumət başçısı vəzifəsi Yariv Levinə həvalə edilmişdi.
Mənbə: TASS