Bədəni yanan Fərhadın köməyinizə ehtiyacı var - FOTO

11 yaşlı Fərhad ağır yanıq xəsarətləri alıb.

Bu barədə hakimiyyet.az-a onun anası Səfiyyə Rəsulova məlumat verib.

O bildirib ki, övladı fevralın 28-də yanıb:

“Biz Qaxda yaşayırıq. Fərhad fevralın 28-də evdə qaçarkən qaynar qazanı üzərinə aşırıb. Həmin gün biz Bakıda yerləşən xəstəxanalardan birinə yollandıq. Övladım burada əməliyyat olundu”.

Ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib.

“Hazırda müalicələrini davam etdirmək üçün 600 manata ehtiyacımız var. İnanın, bəzən Fərhada verməyə yemək, çörək belə tapmıram. Vəziyyətimiz çox çətindir. Çıxılmaz vəziyyətdə qalmışıq. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirik”.

Ailə ilə əlaqə: (055) 952-56-53.

Bank Respublika: 4244 4848 4798 1648.

0.049211978912354