"Hakimiyyet.az" informasiya agentliyi xəbər verir ki, Azərbaycan- Türkiyə qardaşlığı şərəfinə Ramazan bayramı münasibətilə Aprelin 7-də Heydər məscidində iftar süfrəsi təşkil edilmişdir.
Tədbirin açılış proqramında ilk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib.
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin
Fiziologiya İnstitutu üzrə Ərazi partiya təşkilatının sədri Könül İbrahimova tədbir iştirakçılarını salamlayaraq, mübarək Ramazan ayı münasibəti ilə, təbrik edərək bildirmişdir ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Buna görə də ölkəmizdə, iftar süfrələri təşkil olunmuşdur ki, bu da Azərbaycanda tolerantlığı nümayiş etdirir.
Ölkəmizdə sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsi təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş müdrik siyasət nəticəsində mümkün olmuşdur. Hazırda isə bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirir.
Könül İbrahimova belə tədbirlərin təşkil edilməsini cəmiyyətimizin vahidliyinin, ölkəmizdə dövlətlə din arasındakı sıx birliyin bariz nümunəsi kimi qiymətləndirmişdir.
Tədbirdə rəsmi qonaqlarda iştirak etmişdir. Belə ki Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrımında çıxışı zamanı,
Türkiyə ilə Azərbaycan arasında dostluq-qardaşlıq münasibətlərinin uğurla inkişafından və gələcək planlarından bəhs edilmişdir
Tədbirdə Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovada çıxış edib.
Tədbirin qonaqları siyahısında, Türkiye Yüzyılı Birlik və Dayanışma Platformunun Başkanı Cengiz Aygör, "ATVİB"sədri Xalid Xelilov, Dünya Alpaqut Federasiyasının sədri, Emil Rəhimov, “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin başqanı Çingiz Bayramov, Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyin sədri Vidadi Fətullayev, Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək İctimai Birliyinin sədri Kamil Həmidov, Gənclərin Töhvəsi İctimai Birliyinin sədri Asim Vəliyev, Azerbaycan Türkiye Gençlerinin Dostluk Cemiyeti Başkanı Hakan Seyhan,
və media nümayəndələri iştirak etmişdir.