Sürücülər işıqfora görə tıxacda qalırlar - ŞİKAYƏT + VİDEO

İşıqforun yaşıl işığının saniyəsi az olduğundan sürücülər tıxacda qalıb, yolda sanki avtomobil karvanı yaranıb, hətta Təcili Tibbi Yardım avtomobili də tıxacdan çıxa bilmir.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər Abşeron rayonun Mehdiabad-Digah yolundandır.

Sürücülər bildiriblər ki, bu hal artıq aylardır ki, davam edir. Bəzən elə olur ki, sərnişin avtobusları mənzil başına tez çatmaqdan ötrü alternativ yollardan, yəni təmirsiz ara küçələrdən istifadə edirlər.

Avtomobil yolu üzərində yaşayan sakinlər deyiblər ki, yaşanan bu hala görə, sürücülər məcburən qarşı yola çıxır ki, nəticədə ağır hadisələr qaçılmaz olur.

Daxili İşlər Nazirliyinin (DİN) “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsindən bildirilib ki, mövcud problemdən xəbərləri var. Ancaq həmin yolla bağlı sürücü və sakinlər mütləq ərazi üzrə Dövlət Yol Polisi İdarəsinə (DYPİ) müraciət etsinlər. Əraziyə baxış keçirildikdən sonra təlimat əsasında işıqorun nizamlanması təmin ediləcək.

Bununla da problem öz həllini tapmış olacaq.

Ətraflı süjetdə:

0.16523218154907