Goranboyda tövlə yanıb: Mal-qara tələf olub - FOTO

Goranboy rayonu, Kəhrizli kəndində yanğın hadisəsi qeydə alınıb.

“Report”un məlumatına görə, 1978-ci il təvəllüdlü Y.Rəhimova məxsus ümumi sahəsi 40 kvadratmetr olan tövlənin dam örtüyünün yanar konstruksiyalarının 20 kvadratmetr sahəsi yanıb.

Hadisə zamanı dörd baş iribuynuzlu heyvan tüstüdən zəhərlənərək tələf olub.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülərək tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı araşdırma aparılır.

0.096365928649902