İranda repressiv qüvvələrlə əhali arasında qarşıdurma: Qızları özləri ilə aparmaq istədilər - VİDEO

Sosial şəbəkələrdə İranın Rəşt şəhərində əxlaq polisinin məcburi hicab qaydalarına riayət etməyən bir neçə gənc qızla kobud rəftarını əks etdirən video paylaşılıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Görüntülərdə repressiv qüvvələrin qızları zorla özləri ilə aparmaq istədikləri kadrlar əks olunub.

Qeyd edək ki, ətrafdakı insanlar zorakılığa qarşı çıxaraq, qızları repressiv qüvvələrin əlindən xilas etmək istəyiblər.  

 

0.2003128528595