Okampo və daşnakların Berlindəki uğursuzluğu: Göyə sovrulan pullar - VİDEO

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) keçmiş prokuroru, dünya erməni birliyinin imkanlarını uğurla mənimsəyən Luis Moreno Okampo növbəti dəfə azərbaycanofob təxribat təşkil etmək üçün öz xidmətlərini təklif edib.

Bu barədə “Caliber”in “YouTube” kanalında dərc olunan yeni süjetdə bildirilir.

“Bildiyiniz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-26-da Almaniyada işgüzar səfərdə olub. Aprelin 26-da Almaniya kansleri Olaf Şolts Azərbaycan prezidenti ilə danışıqları zamanı daşnaklar Federal Kanslerin ofisi qarşısında piket keçiriblər. Məlumata görə, tədbirdə Almaniyadakı Ermənilərin Mərkəzi Şurasının üzvləri, o cümlədən erməni diasporundan qidalanan Okampo da iştirak edib.

Xatırladaq ki, Okampo Ermənistana iki dəfə səfər edib və “Haaqa tribunalının erməni soyqırımı məsələsinə baxmağa haqqı var” kimi əsassız açıqlamaları ilə yadda qalıb. O, Azərbaycanı ləkələmək üçün növbəti missiya, yeni erməni sifarişi üzərində işləməyə başlayıb”, - videomaterialda qeyd olunub.

Daha ətraflı “Caliber”in süjetində:

 

0.53206896781921